Ermənistan parlamenti yumruq savaşına döndü -

Ermənistan parlamentində deputatlar arasında dava düşüb.

Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında baş verib.

Belə ki, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb.

Vardanyanın xəsarət aldığı bildirilir.

Hadisənin detalları tam açıqlanmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR