"Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayırıq".
Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Q.Paşayeva bildirib ki, terroru törədənlərin arxasında gizlənənlər Azərbaycan dövlətini və xalqını bununla qorxuda və ya təhdid edə bilməz:
"Azərbaycan dövləti güclü dövlətdir. Dövlətimiz, xalqımız nəyin nə olduğunun yaxşı fərqindədir və terror hadisələrinin qarşısını almaq üçün bütün lazımi addımları da atacaq".