Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.
Metbuat.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bəyan edib.
"Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib", - deyə o bildirib.