Səhiyyə nazirinin vəzifə verdiyi şəxslər kimdir? -

Xəbər verdiyimiz kimi, səhiyyə naziri Teymur Musayevin əmri ilə yeni təyinatlar olub.

Belə ki, Orxan Rasim oğlu Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Elşən Hümbət oğlu Mustafayev Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub.

Metbuat.az xəbər verir ki, Orxa Cəfərov 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. İxtisası həkim- psixiatırdır. O, 2011-2013-ci illərdə Respublika Psixiatriya Xəstəxanasında həkim,-psixiatr kimi fəaliyyət göstərib. 2020-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Elşən Mustafayevə gəlincə, Elşən Mustafayev ixtisasca psixiatr, psixoterapistdir.

O, 2005-ci ildə Azərbaycan Tibb Universitetində Psixiatriya təhsili alıb, 2006-cı ildə 1 saylı Respublika Psixiatriya xəstəxanasında – həkim psixiatr, 2007-ci ildən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında – şöbə müdiri, 2018-ci ildən Medical Plaza Klinikasında – həkim psixiatr kimi çalışmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR