Erməni spiker üzr istədi -

Ermənistan parlamentinin sədri Alen Simonyan ermənilərdən üzr istəyib.

Metbuat.az xəbər verir ki, Simonyan bu barədə feysbuk hesabında yazıb: "Mənə ünvanlanan şəxsi təhqirə əsəbiləşdiyim üçün peşmanam. Əminəm ki, ləyaqəti olan istənilən erməni belə təhqirə dözməz, lakin seçilmiş məmurun üzərinə qoyulan yüksək məsuliyyət çəkindirici rol oynamalıdır. Bu həm də mənim üçün bir dərsdir. Bu hadisə ilə əlaqədar mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istəmək istəyirəm", - erməni spiker bildirib.

Qeyd edək ki, müxalif fəal Karen Mkrtçyanla spiker Simonyan arasında insident olub. Mkrtçyan bildirib ki, o, Alen Simonyanı görən zaman onu "satqın" adlandırıb. Bundan sonra spiker Mkrtçyanın üzünə tüpürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR