Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla bir araya gəlib.

Metbuat.az xəbər verir ki, nazirlər ikitərəfli və regional məsələləri müzakirə edirlər. Nazirlər həmçinin Cənubi Qafqazdakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra nazirlərin birlikdə mətbuat konfransı keçirəcəkləri gözlənilir.