Lavrov Ukrayna ilə dialoqun şərtini açıqladı

“Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir”.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında belə deyib. O bildirib ki, Qərb və Ukrayna dialoq istəmir. Lavrovun sözlərinə görə, dialoqdan qaçmaq doğru yanaşma deyil.

Lavrovun sözlərinə görə, Rusiyanın maraqları nəzərə alınarsa, Moskva dialoqa hazırdır. Lavrov bəyan edib ki, Qərb Ukraynanın Rusiya ilə müharibəyə davam etməsini istəyir və məqsəd Rusiyanı zəiflətməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR