ABŞ ilə bağlı məxfi sənədlər yayıldı:

ABŞ-ın daha bir məxfi sənədləri üzə çıxıb.

Metbuat.az "The New York Times"a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan sənədlər Ukrayna, Çin və Yaxın Şərqə aiddir. Qəzetin yazdığına görə, söhbət 100-dən çox sənəddən gedir. Amerika kəşfiyyatı bunu Avstraliya, Kanada, Yeni Zelandiya, Britaniya və ABŞ arasında kəşfiyyat alyansı olan "Beş Göz" ittifaqı üçün kabus hesab edir.

Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi "Mick Mulroy" bildirib ki, sızma əhəmiyyətli təhlükəsizlik pozuntusunu olduğuna işarə edir. O, sosial şəbəkələrdə sənədlərin fotoşəkillərinin yayılmasına diqqət çəkib. Analitikin fikrincə, bu məlumatlr Ukrayna, ABŞ və NATO-nun səylərinə zərər vurmaq istəyən biri tərəfindən yayılıb.

ABŞ Ədliyyə Nazirliyi “The Washington Post” qəzetinə sızan məlumatlarla bağlı araşdırmaya başladığını bildirib.

Yayılan məlumatı şərh edən, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Moskva əmindir ki, ABŞ və NATO münaqişədə birbaşa və ya dolayı yollar ilə iştirak edirlər.

В соцсети попала новая порция секретных документов США


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR