Andrea Pirlo bu türk klubunun baş məşqçisi olur

Prezident Əhməd Ağaoğlu, daha sonra isə baş məşqçi Abdullah Avcının istefaları ilə köklü dəyişikliyə məruz “Trabzonspor” klubu yeni məşqçi ilə razılıq əldə edib.

Metbuat.az xəbər verir ki, klubun yeni prezidenti Ərtoğrul Doğan baş məşqçi postuna Andrea Pirlonun təyin edilməsinin tərəfdarıdır. Məlumata görə, “Karagümrük” klubunun baş məşqçisi olan Pirlo “Trabzonspor”la müqaviləsini razılaşdırıb.

Qeyd edək ki, Andrea Pirlonunun“Karagümrük” kariyerası uğurlu alınıb. “Trabzonspor” klubu üçün Sergen Yalçın, Çağdaş Atan, Montella, Slaven Biliç kimi adlar da gündəmə gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR