Premyer Liqa: “Qəbələ” “Neftçi”ni səfərdə məğlub etdi

Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Metbuat.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” ilə “Qəbələ” üz-üzə gəliblər.

“Bakcell Arena”da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qırmızı-qaralar” artıq 13-cü dəqiqədə hesabı açıblar. Qapıçı İvan Brkiçin kobud səhvini Ramon Maçado bağışlamayıb. 24-cü dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirərək, fərqi iki topa çatdırıb.

61-ci dəqiqədə hakim bu dəfə bölgə təmsilçisinin qapısına penalti təyin edib. “Ağ-qaralar”ın kapitanı Emin Mahmudov zərbəni dəqiq yerinə yetirib. Ancaq paytaxt klubunun bundan artığına gücü çatmayıb.

Qələbə sayəsində xallarının sayını 42-yə çatdıran “Qəbələ” 4-cü pillədəki mövqeyini qoruyub. Üçüncü yerdə qərarlaşan “Neftçi”nin isə aktivində 60 xal var.

Qeyd edək ki, turun açılış matçında “Zirə” öz meydanında “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. Aprelin 15-də “Kəpəz” – “Turan Tovuz”, 16-da isə “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” görüşləri oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR