Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının üzvü Hovik Ağazaryan İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasına görə üzr istəyib.
Metbuat.az xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib:
"Bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və adamyeyən tayfaların spesifik təzahürlərini tamamilə aradan qaldırmaq üçün əlimdən gələni etməmişəm. Bunun üçün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Ayıb olsun mənə!"