Futbol oyunu zamanı faciə -

Cənubi Amerika ölkəsi Kolumbiyada meydançaya ildırım düşməsi faciə ilə nəticələnib.

Metbuat.az xəbər verir ki, hadisə Cauaca vilayətində baş verib. Futzal oyunu zamanı ildırımın meydançaya düşməsi nəticəsində 5 nəfər həyatını itirib. 15 nəfər yaralanıb. Dərhal əraziyə təcili yardım briqadaları cəlb edilib. Ərazidəkilər təxliyə edilib. Təbii fəlakət ətrafa da ziyan vurub.

Qeyd edək ki, Kolumbiyada bəzən şiddətli ildırım çaxması və ildırım düşməsi baş verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR