Qadın güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri bəlli oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycanın qadın güləşçilərinin rəqibləri müəyyənləşib.

Metbuat.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün püşkatma mərasimi baş tutub.

Püşkə əsasən, güləşçilərimizin də ilk rəqibləri müəyyənləşib. Belə ki, Mariya Stadnik (50 kq) türk Evin Demirhan, Türkan Nəsirova (53 kq) Mariya Spirkovska (Şimali Makedoniya), Elnurə Məmmədova (55 kq) litvalı Laura Stanelite (Litva), Jalə Əliyeva (57 kq) Anna Şel (Macarıstan) - Elena Brügger (Almaniya) cütünün qalibi, Alyona Kolesnik (59 kq) Yovana Radivoyeviç (Serbiya) - Morena de Vita (İtaliya) görüşünün güclüsü, Birgül Soltanova (62 kq) Estoniya təmsilçisi Viktoriya Vesso, Elis Manolova (65 kq) İrina Rinqaci (Rumıniya) - Kendra Daçer (Fransa) cütünün qalibi, Nigar Mirzəzadə (72 kq) isə Lyudmila Tiçina (Ukrayna) ilə qarşılaşacaq.

Qadın güləşçilər aprelin 19-dan 21-dək qitə birinciliyində mübarizə aparacaqlar.

Qeyd edək ki, ilk olaraq aprelin 19-da 50, 55, 59, 68 və 76 kiloqram çəki dərəcələrində çıxış edən qadın güləşçilər mübarizəyə start verəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR