Bolqarıstanlı güləşçidən Hacı Əliyevə hörmətsizlik -

Xəbər verdiyimiz kimi, Hacı Əliyev bu gün Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanıb.

Metbuat.az offsideplus.az-a istinadən xəbər verir ki, pəhləvanımız həlledici görüşdə Bolqarıstan təmsilçisi Ramazan Ramazanovu 10:3 hesabı ilə məğlub edib.

Qarşılaşmadan sonra Hacı hörmət əlaməti olaraq rəqibinə əl uzadıb. Lakin Ramazanov onunla əl sıxışmayıb. O, hətta Hacını itələyib.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR