Zelenskiyə “yaraşıqlı gənc” deyən 70 yaşlı rus qadına gözlənilməz cəza -

Rusiyada 70 yaşlı qadın Ukrayna prezidenti Vladimir Zelenskini “yaraşıqlı gənc” adlandırdığı üçün məhkəmədə cərimələnib.

Metbuat.az xəbər verir ki, bu barədə Moskvada yerləşən insan haqları təşkilatı məlumat verib. Bildirilir ki, Olqa Slegina adlı qadın Zelenskinin yaraşıqlı olduğunu söylədiyi üçün 40 min rubl cərimələnib. Məlumata görə, Olqa Slegina Zelenskini "dəli" adlandıran başqa bir qadına "Məncə, onun yaxşı yumor hissi var, yaraşıqlı gəncdir” deyib. Bunu eşidənlər qadın barədə şikayət edib.

Slegina “Zelenskini tərifləmək və Rusiya ordusunun reputasiyasına hörmətsizlik etmək”də günahlandırılıb.

Qadının cəza alması sosial mediada gündəm olub. Sosial media istifadəçiləri "Putin Zelenskini yaraşıqlı olduğuna görə qısqanır", "Zelenski tərifləyənlər cəzalanır", "Qadına cəza verilməsi ədalətsizdir" kimi rəylər yazıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR