“Neftçi” - “Qarabağ” oyununun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Neftçi” – “Qarabağ” qarşılaşmasının vaxtı dəyişdirilib.

Metbuat.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, buna səbəb həmin gün Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin keçirilməsidir.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 30-da saat 19:00-da deyil, mayın 2-də saat 20:00-da “Bakcell Arena”da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR