Bu çayı içməklə təzyiqdən birdəfəlik xilas ola bilərsiniz

Hipertoniya – xroniki xəstəlik olub, arterial təzyiqin vaxtaşırı və ya daimi olaraq yüksəlməsi ilə xarakterizə olunur.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, hipertoniya xəstəliyi ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Bir çox hallarda insanlar hətta bu xəstəliyin inkişaf etməsindən şübhələnməyərək, bədənlərində baş verən dəyişiklikləri yorğunluq, stres və digər səbəblərə yozur.

Xüsusən də bu, cavan yaşda olanlara xarakterikdir. Çünki onların əksəriyyəti belə fikirləşir ki, hipertoniya ancaq qoca adamlara xasdır.

Hipertoniya xəstəliyinin ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürəkdöyünmə, bəzən ürək nahiyəsində ağrı, başın ənsə (arxa) nahiyəsində ağırlıq hissiyyatı yaranır.

Xəstəliyin daha gec dövrlərində arterial təzyiq daha davamlı olur, xəstələrdə həmçinin baş gicəllənmə, əl və ayaq barmaqlarında keyləşmə, başa qan axınının artması hissiyyatı, gözlərin qarşısında “qığılcımların” yaranması, yuxunun pozulması, tez bir zamanda yaranan yorğunluq və s. əlamətlər də meydana çıxır.

Mütəxəssislər bir toxumun köməyi ilə canınızı birdəfəlik bu xəstəlikdən xilas edə biləcəyinizi açıqlayır.

Şüyüd bitkisinin toxumları ilə dəmlənmiş çayı içsəniz, təzyiqi azalda, qəbizlikdən, mədə ağrılarından, sidik qaçırmadan xilas ola bilərsiniz.

Şüyüd çayının hazırlanması qaydası:

Çaydana bir qaşıq toxum tökün, üzərinə yarım litr qaynar su alın. Şüyüd 40 dəqiqə dəmlənməlidir.

Hər dəfə 3 qurtum olmaqla içilir.

Çayı gündə ən azı yeddi dəfə içmək lazımdır. Kurs bir həftə davam etdirilməlidir və sonradan hər ay 2-3 gün içmək lazım olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR