​Türkiyənin nüfuzlu reklam agentliyi PRV Ajans Azərbaycanda mükafatlandırıldı

Yeni nəsil reklam agentliyi PRV Ajans iş dünyasında sürətlə böyüməyə davam edir. PRV Ajans, Kayseri və Ankarada formalaşdıqdan sonra İstanbulda fəaliyyətə başlayan və qlobal səviyyədə hazırladığı işlərlə sektorda özünə yer edən kreativ reklam agentliyidir. Agentliyin qurucusu və rəhbəri İsmayıl Baytekindir.

Agentlik müştərilərinin korporativ nüfuzunu idarə etməyə, markalarını tanıtmağa, peşəkar istehsal idarəçiliyini təmin etməyə yönəlik fəaliyyətlə məşğul olur. Müştərilərinə filmlər, reklam çarxları, kliplər, reklam kampaniyası və marka axtarışı kimi xidmətlər təqdim edən agentlik gənc və dinamik komandasının dəstəyi ilə yeni brendə çevrilir.

Agentlik yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkəsində xarici tərəfdaşları ilə birlikdə yenilikçi addımlar atmağa davam edir. PRV Ajans Böyük Britaniya, BƏƏ, Kanada və Azərbaycanda tanınmış iş adamları və şirkətlərlə iş birliyindədir.

Agentlik, 17-18 Mart 2023-cü il tarixlərində Ritz Carlton oteldə baş tutan “Reputation Awards 2023” mükafatlandırma mərasimində “The Advisable PR Agency of the Turkey of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR