Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşəcək.

Metbuat.az xəbər verir ki, yarımfinalın cavab oyununda “Qəbələ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq.

İlk görüşdə “qırmızı-qaralar” 3:2 hesablı qələbəyə seviniblər. Elmar Baxşıyevin baş məşqçisi olduğu komandaya finala yüksəlmək üçün heç-heçə də kifayət edəcək. “Dənizçilər” isə mütləq qalib gəlməlidirlər.

Bu cütün güclüsü finalda “Neftçi”yə rəqib olacaq.


27 aprel

20:00. “Səbail” - “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”.

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR