Dollara qarşı tarixi qərar -

Argentina Çindən idxala görə ödənişi yuanla edir.

Metbuat.az xəbər verir ki, bu barədə Argentinanın İqtisadiyyat naziri Sergio Tomas Massa deyib. O bildirib ki, Argentina Mərkəzi Bankı ehtiyatlarını saxlamaqla bağlı problemlərə görə Çindən idxalı yuanla ödəməyə başlayıb."Çin ilə bu ölkədən idxalın ödənişlərini yuanla etməyə imkan verən qərarı tətbiq etdik. Beləliklə, aprel ayında 1 milyard 40 milyon dolları, daha sonr isə 790 milyon dolları yuanla ödədik” - Sergio Tomas Massa deyib.

Qeyd edək ki, Argentina və Çin arasında mübadilə sazişi illərdir qüvvədədir və sənəd ratifikasiya edilib. Argentina prezidenti Alberto Fernandez daha sonra ölkəyə 35 milyard yuan və ya 5 milyard dolları "sərbəst çıxarmaq" hüququ verildiyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Banqladeş Rusiyadan atom elektrik stansiyasının tikintisinə görə aldığı 318 milyon dollarlıq kredit borcunu Çin yuanı ilə ödəyəcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR