Dolların taleyi ilə bağlı PROQNOZ VERİLDİ

ABŞ Federal Ehtiyatlar Sistemi növbəti dəfə uçot dərəcəsini artıra bilər.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, sonuncu iclasda əsas uçot dərəcəsinin artırılması barədə qərar verən FED bu siyasətlə daxili bazarda inflyasiyanın qarşısını almağa çalışır. Bildirilir ki, uçot dərəcəsinin artırılması ABŞ-ın digər sahələri üçün bəzi çətinliklər ortaya çıxarsa da, Vaşinqton qlobal balansı nəzərə alaraq, belə həmlə edir. Məlumata görə, mayın 3-də keçiriləcək növbəti iclas zamanı əsas faiz dərəcəsinin illik 5,25% səviyyəsinə artırılacağı gözlənilir. Hazırda bu göstərici 5% səviyyəsindədir. Bundan əvvəlki iclasda FED uçot dərəcəsini 25% artırıb.

Qeyd edək ki, Federal Ehtiyatlar Xidmətinin rəhbəri Cerom Pauel inflyasiya ilə mübarizə aparmaq üçün faiz dərəcəsini artırılmasının vacibliyini bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı