Yanacaq vaqonu relsdən çıxdı - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda yanacaq vaqonunun relsdən çıxması ilə bağlı əməliyyat görüntüləri yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yanacaqdaşıyan vaqonun relsdən çıxması və yanacağın ətrafa dağılması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.


09:07

Bu gün saat 05:30 radələrində Əhmədli stansiyasında manevr işləri aparılarkən bir yük vaqonu relsdən çıxıb.

Bu barədə Metbuat.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, nəticədə vaqondan yük axını baş verib. Hadisənin baş vermə səbəbi araşdırılır və hazırda nəticəsinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Qeyd olunan yük vaqonu Gürcüstan Dəmir Yollarına məxsusdur və 49 ildir istismardadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR