Hacı Şahinin adamları Məşədi Dadaşı tərk ediblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Məşədi Dadaş icmasının məsciddən çıxarılması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sosial şəbəkələrdə gedən məlumatların yanlış olduğunu qeyd edib. O, vurğulayıb ki, hazırda icmanın sədri və üzvlər məscidədir:

"İcma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq. Oradan gedən adamlar mərhum Hacı Şahinin ətrafında olanlar idi. Bu adamların hüquqi baxımdan məscidə heç bir aidiyyəti yox idi. Onlar icma formalaşan zaman vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı