Avtomobilin yük yerində heyvan cəmdəyi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən DİN-nin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Bərdə rayonu ərazisində keçirilmiş reyd zamanı “GAZ-3110” markalı 11-BG-756 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində bir baş ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

AQTA-dan Metbuat.az-a bildirilib ki, orqanoleptik müayinələr zamanı heyvan cəmdəyinin insan istehlakı üçün yararsız olduğu müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Ölmüş heyvan cəmdəyi məişət tullantıları poliqonunda məhv edilib. Araşdırmalar davam etdirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı