Azərbaycanda tələbə faciəvi şəkildə öldü - FOTO

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

    "Mercedec" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

    Hadisə yerinə təcili tibbi yardım və FHN-nin xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    Qəzada ölən E.Mamayevin Bakı Dövlət Unverstetinin Qazax filialının 3-cü kürs tələbəsi olduğu bildirilir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı