AZAL-da yeni təyinat - FOTO

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İnformasiya Texnologiyaları İdarəsinə yeni rəis təyin olunub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu vəzifə Qaçay Mirzəyevə həvalə edilib.

İT sektorunda çoxillik təcrübəsi olan Q.Mirzəyev əvvəllər “BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR