Parklanma yeri yaratmaq üçün ağacları qurutdular - VİDEO

Bir zamanlar səki boyunca ağaclar və yaşıllıqla əhatələnən ərzilərdən olan Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində olan ağaclar durmadan quruyur.

Metbuat.az xəbər verir ki, hadisə yerində olan görüntülərdən məlum olur ki, kəsilən ağacların yeri avtomobil dayanacaqları ilə əvəz olunur. Sakinlərin bildirdiklərinə görə, ərazidə olan işbazlar bilərəkdən səkini betonlayır və ağacların qurumasına şərait yaradırlar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Qurumdan araşdırmalara başlanıldığı bildirilib.

Daha ətraflı video görüntüdə:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR