​Kremlə hücumun "şifrələri": Ukrayna Putini öldürmək istəsəydi dəqiq plan qurulardı

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Kremlə dronlarla hücuma münasibət bildirib. Qeyd olunub ki, Kremlə hücum çox güman ki, daxildən hazırlanmış plandır.

Məsələyə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov hesab edir ki, sözügedən məsələdə Ukraynanın əli olması, ağlabatan deyildi.

Qərb analitiklərinin fikrincə, Kreml mayın 9-da SSRİ-nin faşizm üzərində Qələbə Gününü qeyd etməmək və ya lokal miqyasda keçirmək istəyir. Bu səbəbdən, daxili auditoriyanın indidən buna hazırlanmasına başlanıldığı ehtimal edilir. Əslində hadisədə diqqət çəkən əsas məqamlardan biri də bunun Ukrayna prezidenti Volodimir Zelenskinin səfərdə olduğu vaxt baş verməsidir. İkinci bir tərəfdən maraqlıdır ki, hücum nəticəsində itki olmayıb. Bu, kifayət qədər ciddi məqamdır. Əgər Rusiya tərəfinin iddia etdiyi kimi, Ukrayna Putini öldürmək istəyibsə, deməli, kifayət qədər dəqiq addımlar atılmalı idi. Elə isə necə olub ki, kimsə ölməyib? Başqa bir məqam ondan ibarətdir ki, Kremlə hücumun səhəri günü Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Nəticədə 23 nəfər həlak olub. İstisna deyil ki, Rusiya gələcək hücumları üçün Kremlə hücum “kartından” istifadə edəcək”.

Genişmiqyaslı hücumların gələcəkdə də təkrarlanmasının mümkün olduğunu ifadə edən Kənan Novruzov bildirdi ki, Rusiya siyasi hakimiyyəti indi həm də psixoloji təzyiq altındadır.

“Qərb dövlətləri və təşkilatları Rusiya Prezidenti Vladimir Putini artıq terrorçu kimi tanıyırlar. Belə olan halda Rusiya göstərmək istəyir ki, Ukrayna da müharibə qaydalarını pozur. Fikrimcə, Kremlə hücumlarda ABŞ-ın əlinin olması daha ağlabatandır, nəinki Ukraynanın. Məqsəd isə müharibəni daha da genişləndirmək, danışıqlar və sülh ehtimalını sıfıra endirməkdir. Yaxın zamanda müharibənin daha geniş fazaya daxil olması ehtimalı var. ABŞ İnstitunun 9 Mayla bağlı proqnozuna gəldikdə isə düşünürəm ki, Qələbə Günü hətta müəyyən məhdudiyyətlərlə olsa da, qeyd ediləcək. Bu, xüsusilə daxili ictimai rəy üçün lazımdır. Hər il davamlı olaraq qeyd olunan ənənəvi tarixin bu il unudulması daxili ictimai şüurda məğlubiyyət kimi assosasiya oluna bilər”.

METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı