Arzusunu ölümündən sonra reallaşdırdı - FOTO

Bu ilin yanvar ayında vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra atası ilə birlikdə Həcc ziyarətinə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Zəhranın atası özünün "Instagram" hesabında məlumat yayıb.

O, qızının Məkkədən görüntülərini yayıb və Tünzalənin arzusunu gerçəkləşdirdiyini bildirb:

"Söz vermişdik ki, üçümüz birlikdə Həcc ziyarətinə gedəcəyik. Amma qismət olmadı. Biz qəlbimizdə sənlə getdik. Daim əlimdən tutmuşdun kimi təvaf elədik. Qızımız gənc yaşında hacı xanım oldu. Səni hər zaman sevdim, hər zaman da sevəcəyəm, nur üzlü həyat yoldaşım. Bizi o gözəl torpaqlara göndərən hər kəsə minnətdarıq", - Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yazıb.

Qeyd edək ki, "Toppuş bacı" kimi tanınan Tünzalə Əliyeva yanvarın 22-də 49 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı