Bakıda evdən 2 min manatlıq çilçıraq oğurlanıb

Mayın 2-də Nizami rayonu ərazisindəki evlərin birindən 2000 manat dəyərində çilçırağın qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Naxçıvan şəhər sakini Eldəniz Mirzəyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR