"Talibanın xarici işlər naziri raket atəşinə tutulub" - "Hasht-e Subh" qəzeti

Əfqanıstana rəhbərlik edən "Taliban" qruplaşmasının xarici işlər naziri Əmir Xan Müttəki Pakistana yola düşən zaman Kabil hava limanı raket atəşinə tutulub.

Metbuat.az xəbər verir ki, bu barədə şənbə günü Əfqanıstanın "Hasht-e Subh" qəzeti məlumat yayıb. Nəşr iddia edir ki, hadisə zamanı hava limanının üç əməkdaşı və bir neçə sərnişin xəsarət alıb. Nazirin özü isə xəsarət almayıb. Naməlum şəxslər tərəfindən atılan üç raket hava limanının VIP-zalına və sərnişin terminalına yönəlib.

Qəzet yazır ki, insident mayın 5-də baş versə də,Taliban təhlükəsizlik xidməti məlumatın mediaya düşməməsi üçün video və foto çəkməyi qadağan edib.

Əfqanıstan milli televiziyasının məlumatına görə, Müttəki İslamabada gəlib və burada Pakistan və Çinin xarici işlər nazirləri ilə ticarət-iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik sahəsində görüşlər keçirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı