Sahibə Qafarova Kral III Çarlzın tacqoyma mərasimində - FOTO

Mayın 6-da Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Londonun Vestminster Abbatlığında baş tutan mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Qeyd edək ki, mərasimdə bir çox dövlət və hökumət başçıları da daxil olmaqla, iki mindən çox qonaq iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR