“Trendyol”dan sifarişlərdə hansı geyimlər Azərbaycana göndərilməyəcək?

ATV-nin “İqtisadi Zona” verilişində “Trendyol”dan edilən sifarişlərdə hansı dəyişikliklərin baş verməsi ilə sujet yayımlanıb

Metbuat.az xəbər verir ki, Türkiyənin ən məşhur onlayn satış platformalarından biri olan bu şirkət artıq sifarişləri birbaşa Azərbaycana çatdırmağa başlayıb.

Baş verən dəyişikliklərə əsasən sayta daxil olarkən onlara yeni seçim təklif edilir. Ya məkan olaraq Türkiyəni seçib əvvəlki qaydada karqo şirkətləri ilə sifariş etmək, ya da Azərbaycanı qeyd edib məhsulları ev ünvanı və ya yaxınlıqdakı məntəqələrdən götürmək təklif olunur.

Qeyd edək ki, gömrükdə qeydiyyat prosedurundan asılı olaraq sifarişlər 6 gün ərzində çatdırılacaq. Eyni zamanda bəzi geyim markalarının ölkəyə göndərişi həyata keçirməyəcək. Buna səbəb həmin şirkətlərin ölkədə geniş ticarət şəbəkəsinin olmasıdır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı