Mahir Emreli bu klubda oynamaq istədiyini açıqladı

"Yeni mövsümlə bağlı mənimlə görüş olmayıb. Müqavilə ilə Zaqreb "Dinamo"suna məxsusam. Amma "Konyaspor"un yeni mövsüm planlarında yer alsam, şad olaram".

Metbuat.az-ın məlumatına görə, bunlar Azərbaycan millisinin və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mahir Emreli "Kontv"yə açıqlamasında deyib.

Hazırda icarə əsasında "Konyaspor"un formasını geyinən 26 yaşlı hücumçu Türkiyə klubunda qalmaq istədiyini bildirib: "Burada hər şey mənim üçün çox gözəldir. Ölkələrimiz arasında mədəniyyət fərqi yoxdur. Bir millətik. Burada adaptasiya problemi yaşamadım. Bu səbəbdən Konyanı çox sevdim".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı