Putinin “Xəncər”i qınında “qaldı” - Qarşısını ala bilməzlər demişdi

Ukrayna ordusu Rusiyanın hipersəs raketini zərərsizləşdirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynada fəaliyyət göstərən “Defense Express” saytı rəsmi mənbələrə istinadən məlumat verib. Bildirilir ki, raketin ötən həftə vurulduğuna dair məlumatlar dərc edilsə də, Ukrayna tərəfi ictimaiyyətə indi açıqlama verib. Məlumata görə, zərərsizlişdirilən raket “Kinzal” tipli raketdir. Məlumata görə, Rusiyanın müasir raketlərindən hesab edilən mərmi, ABŞ istehsalı olan Patriot hava hücumundan müdafiə sistemi ilə vurulub.

Qeyd edək ki, Prezident Vladimir Putin “Xəncər” mənasını verən raketi ictimaiyyətə təqdim edərkən onun qarşısıalınmaz olduğunu bildirmişdi. Səsdən 10 dəfə sürətlə uça bilən raket 2000 kilometr məsafə qət edə bilir. ABŞ-ın ötən əsrdə istehsal etdiyi patriot sistemi ilə Rusiyanın ən son hipersəs raketini vurması müzakirələrə səbəb olub. Ukrayna tərəfi “kinzal” raketinin vurulmasının “Rusiyaya şillə” olduğunu hesab edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı