Nazirin telefonundakı proqramı görənlər inanmadı - “WhatsApp”dan daha dəyərlidir / VİDEO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu qonaq olduğu yutub verilişində telefonundakı tətbiqlərdən danışıb.

Metbuat.az xəbər verir ki, yerli avtomobil Togg ilə şəhərdə gəzən Soylu həmin vaxt telefonunda hansı proqramlardan istifadə etdiyindən və nazirliyin müasir imkanlarından danışıb. Bu zaman verilişin aparıcısının fotosunu çəkən nazir bir neçə saniyə ərzində həmin şəxslə bağlı bütün məlumatların üzə çıxdığını göstərib. Məlumatların üzə çıxması cəmi 3 saniyə çəkib. Nazirin sözlərinə görə, “WhatsApp”dan da dəyərli olan həmin tətbiq “WHO” tətbiqidir.

"Bu, “WhatsApp”dan daha dəyərli bir şeydir. Dünyada belə bir şey yoxdur. Türkiyədə baş verən bütün hadisələri süzgəcdən keçirir. Türkiyədə bütün insanlarda və qurumlarda baş verənləri çatdırır. Dünyada texnologiyadan ən yaxşı istifadə edən nazirliklərdən biri Daxili İşlər Nazirliyidir. Mən bu məsələdə heç vaxt təvazökarlıq göstərməmişəm. Bu dövlətin böyük imkanları var. Hazırda sizə göstərdiyim nazirliyin imkanlarının mində birdir” - Soylu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı