Bakıda toyda faciə - "Boşanacağam" deyən arvadını bıçaqladı

Bakının Xətai rayonundakı toy mərasimində ailə-məişət zəminində dava düşüb.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, hadisə "Təbrik" restoranında qeydə alınıb.

Şadlıq sarayında toy məclisi zamanı 36 yaşlı Vüsalə Abbasova həyat yoldaşına boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Fakt üzrə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşları araşdırma aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı