Dörd rayonda 370 ağac kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 4 rayon və şəhərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, araşdırmalar zamanı İsmayıllı, Qəbələ, Lerik və Bakı şəhərinin Nəsimi rayonu ərazisində ümumilikdə 370 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan çox ziyan vurulması müəyyən edilib.

    Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1, 259.2.3 və 259.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla ağac kəsmə) maddələri ilə cinayət işləri b


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı