Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Metbuat.az xəbər verir ki, bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub, xatirə şəkli çəkdirilib.
Sonra "Anadolu Qartalı" təlim mərkəzinin açılışı olub. General-polkovnik Z.Həsənov və digər qonaqlar sərgidə “ASELSAN” və "Tubitak" şirkətlərinin nümayəndələri ilə görüşüb, nümayiş etdirilən müasir silah və avadanlıq nümunələri ilə tanış olublar.