Kılıçdaroğluna sui-qəsd iddiası - Prokurorluq hərəkətə keçdi

Türkiyəli jurnalist Merdan Yanardağ sosial şəbəkədəki paylaşımında prezidentliyə namizəd Kamal Kılıçdaroğluna sui-qəsd ediləcəyini iddia edib.

Metbuat.az xəbər verir ki, Yanardağın həmin yazısı ilə bağlı araşdırmalara başlanılıb. Yanardağ da şübhəl” şəxs qismində dindirilmək üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, Merdan Yanardağ "Türkiyənin siyasi və ictimai həyatına dərindən təsir edəcək mühüm hadisəni gecə saatlarda da olsa ictimaiyyətlə paylaşmağı zəruri hesab edirəm. Çünki mən mənbəmə güvəndim... Kamal Kılıçdaroğluna sui-qəsd etmək üçün Gürcüstandan Türkiyəyə bir qrupun girdiyi bildirilir” deyə paylaşımında yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı