La Liqa prezidenti Xavier Tebas Lionel Messinin “Barselona”ya mümkün qayıdışı barədə danışıb.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Serxio Busketsin gedişi Messinin dönüşü üçün başlanğıc ola bilər. Tebasın sözlərinə görə, bununla belə Messinin gəlişi ilə bağlı “Barselona” hələ bir sıra işlər həyata keçirməlidir. Tebas "Barselona"nın hələlik yaxşı iqtisadi vəziyyətdə olmadığını, lakin Busketsin gedişinin Messinin transferi ilə bağlı ola biləcəyini bildirib. ““Barselona"nın planını bilmirəm və Busketsin gedişi ilə onların necə qazanacaqları barədə şərh verə bilmərəm. "Barselona"nın gələcəyi bir oyunçunun gedişindən asılı deyil” - Tebas deyib.
Qeyd edək ki, Serxio Buskets mövsümün sonunda “Barselona”dan ayrılacağını ifadə edib.