Bakıda dəhşətli qəza - 1 nəfər yanaraq öldü /VİDEO

Bakının Xəzər rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Binə qəsəbəsində "Chevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb.

FHN-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində “NAZ-Lifan” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yerinin kəşfiyyatı zamanı yanan avtomobildə aşkarlanan 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR