Stoltenberq NATO-dan gedir

NATO-nun Baş katibi Yens Stoltenberq səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə o , Kopenhagendə keçirilən "Demokratiya sammiti"ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, payızda sözügedən vəzifəni tərk etmək niyyətindədir.

Xatırladaq ki, Stoltenber 9 ilə yaxındır ki, bu vəzifəni icra edir və bu postda 3 dəfə mandatını uzadıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR