Goranboyda iki nəfərin ölümü ilə nəticələnən ağır qəzadan görüntülər - FOTO

Xəbər verdiyimi kimi, bu gün saat 07:15 radələrində Goranboy rayonunun Xoylu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Nəbiyev Nicat Rəhim oğlu idarə etdiyi “Mercedes” markalı, 90-GA-314 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən idarəetməni itirib və yolun hərəkət hissəsinin kənarındakı ağaca çırpılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub ki, hadisənin baş verməsinə səbəb ilkin ehtimala görə yüksək sürət və sürücünün diqqətinin yayınması olub.

Nəticədə sürücü N.Nəbiyev və sərnişini Elvin Quliyev hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, yerli medianın məlumatına görə, qəzada ölənlərin hər ikisi hərbçidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR