Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ

Qarabağda aparılan yenidənqurma işlərində bir çox insan iştirak etmək istəyir. Lakin bunun üçün hara müraciət etməli olduğunu bilmirlər.

Metbuat.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə mövcud vakansiyalarla tanış olmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin saytına daxil ola bilərlər.

Agentliyin şöbə müdiri Fərid Məcidli İTV-yə bildirib ki, Qarabağda işləmək istəyən şəxslər həm DOST mərkəzləri, həm də regional məşğulluq filiallarına müraciət etməklə vakansiyalarla bağlı niyyətlərini bildirmiş olacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı