Dəmir yolunun üzərində hasar tikilməsini əks etdirən foto Azərbaycanda çəkilməyib - DİN

"Sosial şəbəkədə yayılmış foto Azərbaycanda çəkilməyib".

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalarla məlum olub ki, fotoşəkil 2 gün öncə xarici ölkələrdən birinin sosial şəbəkə seqmentində yayılıb", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə dəmir yolunun üzərində hasar tikilməsini özündə əks etdirən foto yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı