Azərbaycan Millisinin üzvü Mariya Kirilyuk Rusiyada gümüş medal qazandı.
Azərbaycan Voleybol Federasiyasından Metbuat.az-a verilən məlumata görə, blokçunun formasını geyindiyi “Severyanka” klubu son qarşılaşmada “Lokomotiv-2” ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən Çerepoveç təmsilçisi A Yüksək Liqanın gümüş medalına sahib çıxıb.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin etapı lider kimi başa vuran “Severyanka” final mərhələsində topladığı xallara görə ikinci olub.