Sabah hava necə olacaq?

Mayın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gecə saatlarında gözlənilən yağışın səhər tədricən kəsiləcəyi, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı