Baş prokuror bu məsələlərlə bağlı tapşırıq verib

Bu gün Baş prokuror Kamran Əliyev Yevlaxda bu rayonun, eləcə də Bərdə, Tərtər, Goranboy, Xocalı rayon, Mingəçevir və Naftalan şəhər sakinləri həmçinin, digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Metbuat.az xəbər verir ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib.

Qəbulda iştirak edən 81 nəfər vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı