Sazişin uzadılmasının Türkiyənin daxili siyasəti ilə əlaqəsi yoxdur - Lavrov

“Taxıl sazişinin uzadılmasının Türkiyənin daxili siyasətindəki proseslərlə əlaqəsi yoxdur”.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, sazişin vaxtının uzadılması tərəflər arasındakı razılaşma əsasında olub.

"Əvvəldən saziş Türkiyə və ya hər hansı başqa ölkəyə bağlı deyildi. Müqavilə elan edilmiş məqsədlə bağlı idi. Bu, ərzaq təhlükəsizliyini, ilk növbədə, ən yoxsul ölkələrin maraqlarını təmin etməkdir", - Rusiya XİN rəhbəri bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin iki ay uzadıldığını açıqlamış, Rusiya təsdiq etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı